Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Rusiya Mərkəzi Bankından faiz artımı siqnalı: Yanacaq böhranı qapıda

07 İyul 2026, 14:43 Dünya
728×90

Faktum.az-ın məlumatına görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib ki, Rusiya Mərkəzi Bankı iyulun 24-də keçiriləcək iclasında uçot dərəcəsini (14,25%) ən yaxşı halda dəyişməz saxlayacaq, hətta artıra bilər.

Onun sözlərinə görə, ölkədəki yanacaq böhranı və benzinin bahalaşması avqustda gözlənilən ucuzlaşmanın qarşısını alacaq. Mərkəzi Bank isə inflyasiyanın qarşısını almaq üçün qabaqlayıcı addım ataraq faiz artımına gedə bilər. Şoxin qeyd edib ki, yanacaq böhranı kimi qeyri-monetar faktorlarla maliyyə üsulları (faiz artımı) vasitəsilə mübarizə aparmaq effektiv deyil.

Rublun məzənnəsinə də toxunan ittifaq rəhbəri, dolların yaxın vaxtlarda 80-85 rubl dəhlizinə qədər zəifləyəcəyini proqnozlaşdırıb. Bazarın çox dəyişkən olduğunu bildirən Şoxin, iqtisadiyyatda hələlik sabit bir tendensiyanın formalaşmadığını vurğulayıb.//interfax

728×90
Paylaş: