Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Haydar Meriç niyə öldürüldü?

24 Sentyabr 2026, 11:30 Kriminal
728×90

Türkiyənin tanınan jurnalisti Haydar  Meriç  Fətullah Gülənin şəxsi həyatını araşdırıb, kitab yazırdı.

Araşdırmalarında FETO-nun yaradıcısı Gülenin özəl həyatında qaranlıq tərəfləri aşkar etdi. Ortaya çıxardığı qorxunc fakt isə, Fəthullah Gülənin homoseksualist olması idi. Kişi təmizlik işçisi ilə  yaşadığı cinsi münasibətləri ortaya qoyan səs yazmaları, əsaslı faktları, inkar olunmaz dəlillər mövcudluğunu qoruyurdu.

Çıxış yolu, yalnızca Haydar Meriçi sonsuza qədər susdurmaq idi.  Elə də oldu.

Barəsində saxta bir protokol tərtib edilərək, SOL terror nümayəndəsi olduğu göstərildi və danışıqları dinlənildi.
Nəhayət 31 may 2011-ci ildə gecə yoxa çıxdı.18 gündən sonra Ağcaqoca sahillərində əllərinə və ayaqlarına ağırlıqlar bağlanaraq, donuz ipi ilə boğulmuş halda tapıldı.

İfadə verilməsi üçün çağırılan təmizlik işçisi, bir gecə əvvəl müəmmalı şəkildə öldü. İstintaqı aparan polis məmuru isə vəzifədən uzaqlaşdırıldı.

Beləliklə,  FETO-nun yaradıcısı Fətullah Gülənin əxlaqdan kənar həyat tərzi qaranlıq bucaqlara soxuşduruldu ki, kimsə bilməsin.

İnsanın kimliyindən asılı olmayaraq yaşadığı və yaşatdıqlarını gec-tez fas olur. Sağ ikən səlahiyyətlərindən istifadə edib, hər kəsi susdura bilər. Ölüm, bütün çatlaqları ortaya çıxarır.


Tərifə Şükürqızı

728×90
Paylaş: