Qəssabın bağbanlıq etməsi icbari idi

Osmanlı dövrünün bir sıra qaranlıq yönləri olduğu kimi, örnək alınası qanunları öyülməyə layiqdir.
O dövr peşəsi qəssab olan kimsənin ikinci bir peşəsi bağbanlıq idi.
Bağbanlıq təsadüfi düşünülmüş peşə deyildi.
Həyatını canlı öldürməyə, qan tökməyə həsr edən bir insanın qəlbi zamanla qatılaşır. Ruhunu qəddarlıq alır. Mərhəmət hissi məhv olur. Bu hal davam etdikcə insan qəddar cinayətkara dönə bilər.
İnsanın ruhunun aydınlanması, psixologiyasının yenilənməsi məqsədilə qəssablar 6 ay bağ salmaq, ağac, çiçək yetişdirmək kimi zərif peşə ilə məşğul olmalı idi. Qanun bunu tələb edirdi.
Günlük qan qorxusu ilə dolmus beyin çiçək, torpaq ətri ilə aromaterapiya olunurdu.
Doğurdan da olduqca məntiqli qanun olduğunu söyləsək yanılmarıq.
Çox təəsüf ki, günümüzdə buna bənzər icbari mükəlləfiyyət yoxdur.

Tərifə Şükürqızı
