Övladınız narkotikdən istifadə edir? Müayinə və müalicədən imtina edir: valideyn nə edə bilər?

Övladının narkotikdən istifadə etdiyini bilən valideyn üçün bu, həm ağır, həm də çıxılmaz görünən vəziyyətdir. Şəxs müalicəyə razı olmadıqda, ailə üzvləri çox vaxt problemi gizlətməyə çalışır, polisə müraciət etməkdən isə çəkinirlər.
Belə vəziyyətdə valideynin hüquqi addım atmaq imkanı var. Valideyn məhkəməyə müraciət edərək övladının narkoloji-tibbi müayinədən keçirilməsini və məcburi müalicə məsələsinə baxılmasını tələb edə bilər. Məqsəd şəxsi cəzalandırmaq deyil, onun sağlamlıq vəziyyətinin araşdırılmasına və zəruri tibbi yardım almasına imkan yaratmaqdır.
Məhkəmə müraciəti araşdıraraq müayinə təyin edə bilər. Müayinənin nəticəsindən və işin hallarından asılı olaraq, məcburi müalicə məsələsinə də baxıla bilər. Hər ailənin vəziyyəti ayrıca araşdırılır və yekun qərarı məhkəmə qəbul edir.
Problemi gizlətmək əvəzinə, hüquqi imkanları vaxtında öyrənmək və düzgün addım atmaq vacibdir.
Hüquqşünas | Mediator Zaur Quliyev
WhatsApp: 099 711 95 99
