Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Murdarça haqqında bilmədiklərimiz.

18 Avqust 2026, 11:45 Cəmiyyət
728×90

Azərbaycanın bərəkətli florası zənginliyi ilə əvəzolunmazdır. İstər ağac istər kol, istərsə də bitki örtüyü, əsrlər boyu xalq təbabətinin əsas bazası olub.
Sovetlər dövründə xalq təbabətini şarlatanlıq adlandırılaraq qadağan edildi. Lakin nənələrin boxçasında saxlanan bitkilərlə müalicə vasitələri yox olmadı.
Bu gün sizə təbiətimizin dəyərli dərman bitkilərindən hesab olunan murdarcadan bəhs etmək istəyirik.
Murdarça kol bitkisidir. Bitkinin qabığı, yarpaqları, meyvəsi ayrı -ayrılıqda həm dərman vasitəsi kimi, həm də aşılama, boyaq vasitəsi olaraq, məişətdə geniş istifadə olunub.
Murdarça kolunun qabıqları qəbizlik, hətta xroniki qəbizlikdə çox faydalı olmaqla yanaşı, babasilin müalicəsində fayda verir.
Qaraciyər hüceyrələrinin yenilənməsi və zərərli toksinlərin xaric edilməsində, ödün durulaşmasında, , ciban və kəsik yaralarında, bağırsaqlarda yaranan şişkinlik və qaz zamanı murdarça ilə müalicə böyük fayda yaradır.
Eyni zamanda sidikqovucu və əzələlərdə yaranan spazmaları aradan qaldırma, qan dövranının tənzimlənməsi xüsusiyyətləri ilə də önə çıxır.
Bununla da kifayətlənməyib, zəhərlənmələr zamanı xəstənin qızması üçün istifadə olunurdu.
Yarpaqları yüksək miqdarda C vitamini ilə zəngindir. Meyvəsində 8/12 faiz faydalı yağlar toplanır.
Murdarçanın bunca faydalı xüsusiyyətlərinə baxmayaraq, qabıqlarının düzgün şəkildə toplanıb qurudulması, ciddi zəhərlənmə riskini ortaya qoyur. Məhz bunu nəzərə alaraq, murdarça qabığından gəlişi gözəl istifadə etmək doğru deyil.
Biz sizə hər zaman sağlıq arzulayırıq. Təbiətimizin bizlərə bəxş etdiyi milli sərvətlərimizi oxucularımıza tanıtmağa özümüzə borc hesab edirik.


Tərifə Şükürqızı.

728×90
Paylaş: