Müqəddəs kitabların, ilk açar sözləri

Çen İ Sao haqqında olan mətni bəzəyən tarixi illüstrasiya hazırlanıb yuxarıda təqdim edildi.
Yeni təqdim etdiyiniz mətni də orfoqrafik, qrammatik və üslubi baxımdan redaktə edərək, Faktum.az standartlarına uyğun səliqəli vəzilyətə gətirildi:
Səmavi dinlərin elçiləri olan 124 min peyğəmbərin gəlib-getdiyi bildirilir. Bunca peyğəmbərdən yalnız 3-ünə tam şəkildə müqəddəs kitab nazil edildiyinə inanırıq.
Səmavi dinlərin öncüsü hesab olunan İudaizm e.ə. VII əsrdə Musa peyğəmbərə aid olan dindir və kitabı Tövratdır. İsa peyğəmbərin doğulması ilə yeni era – Miladi təqvimi başladı. İkinci səmavi din olan Xristianlıq İsa peyğəmbərə aiddir və kitabı İncildir. Müqəddəs İslam dininin kitabı Quranı-Kərim, peyğəmbəri həzrəti Məhəmməd (s.ə.s.) olmaqla Allah yer üzünə göndərdiyi dinləri tamamladı.
Məqalənin bu anına qədər hər kəsə məlum olanlar barədə fikirləri təkrar etməklə bizi peşəkarlıqdan uzaq hesab edirsinizsə, tələsməyin. Allaha aid səmavi dinlərin üç kitabının – Tövrat, İncil və Quranın ilk kəlmələrinə diqqətinizi cəlb etmək istəyirik.
Yəhudi toplumuna endirilən Tövratın ilk kəlməsi “SEV!” nidası ilə başlayır. Kimi və nəyi sevmək? Qəlbində bəşəriyyətə və bəşər övladına qarşı sevgisi olmayan insanın qəlbi qaranlıq və nifrətlə dolar. Mənəm-mənəmlik elə bir həddə çatar ki, hər kəsin özündən aşağı olduğunu düşünər və özünü seçilmiş zənn edər. Tək bir kəlmə ilə “Arı irq” nümunəsini söyləmək kifayət edər.
Xristian dininin yol göstəricisi, rəhbəri olan İncildə ilk əmr “QORU!” əmridir. Kimi və nəyi qorumaq əmr olunur? Çox uzaq tarixə getmədən iki dünya müharibəsini törədən dövlətlərin dini inanclarına göz ataq. Afrikanı, Hindistanı, Əlcəzairi, Misiri, Konqonu, Vyetnamı, qızıldərililəri, Naqasaki və Hirosimanı, orada yaşayan milyardlarla insanı, mədəniyyəti, mənəviyyatı məhv edən toplumun xristian olduğunu unutmayaq.
İslamın konstitusiyası olan Quran bizlərə “OXU!” deyə əmr etdi. İnsanın yaşadığı bəlaların çoxu cahillikdən qaynaqlanır. Elmi olmayan toplum asanlıqla məhv olar və kölələşdirilər. Cahil toplumu əsassız fikirlərlə, yalan fətvalarla silah kimi istifadə etmək çox asandır.
Fikirlərimizi isbat etmək üçün tarixin tozlu səhifələrini vərəqləmək əziyyətinə qatlanmadan, günümüzdə yaşanan İslam təriqət münaqişələrinə, cinsiyyət üstünlüyünə, içi boş dəbdəbəyə, gösterişə, qadın hüquqlarının əlindən alınmasına, körpə qızların erkən evləndirilməsinə, qadınların təhsil almasına qadağa qoyulmasına, siğə adı ilə fahişəliklərə və bundan doğulan atasız uşaqlara, Şeytana atılan daşlara baxmaq kifayətdir. Bu cür insanlıqdan uzaq mənzərə cəhalətin acı meyvəsidir.
Artıq sözümüzü bitirib düşünmə sırasını sizə buraxırıq.
“SEV!”, “QORU!”, “OXU!” deyə buyuran Allah insanlığa bu sözləri boşuna əmr etdi?

Tərifə Şükürqızı
