Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Dünya bazarında şəkərin qiyməti rekord həddə yüksəldi

28 Avqust 2026, 20:45 İqtisadiyyat
728×90

Dünya bazarlarında şəkərin qiyməti təxminən 2% bahalaşaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Faktum.az  xəbər verir ki, bu göstəricilər “ICE Futures” birjasının hərrac məlumatlarında öz əksini tapıb.

Bakı vaxtı ilə saat 11:49-a olan məlumata əsasən, şəkər üzrə ən yaxın – oktyabr füçersinin dəyəri əvvəlki müqavilələrlə müqayisədə 1.76% artım nümayiş etdirib. Beləliklə, qiymət bir funt (təxminən 4.54 kq) üçün 18.54 sentə qədər yüksəlib.

Şəkər sonuncu dəfə bu səviyyədə 8 aprel 2025-ci il tarixində kotirovka olunmuşdu. Bununla yanaşı, nəzərəçarpacaq bahalaşma trendi bütün avqust ayı ərzində davam etməkdədir.

Ayın əvvəlindən etibarən şəkərin birja dəyəri artıq 26.5% artıb. Nəticə etibarilə, cəmi bir neçə həftə ərzində kotirovkalar əvvəlki qiymətin dörddə birindən çox artıb.

728×90
Paylaş: