Böyük Depressiya (1929): Uoll-Stritin çöküşü və qlobal böhran

Faktum.az xəbər verir ki, XX əsrin ən dəhşətli iqtisadi fəlakəti hesab edilən Böyük Depressiya, 1929-cu il oktyabrın 29-da Amerika Birləşmiş Ştatlarında Uoll-Strit fond birjasının çöküşü (“Qara çərşənbə axşamı“) ilə başlanmışdır.
Bir günün içində milyardlarla dolların buxarlanması və səhmdarların panikaya düşərək qiymətli kağızları kütləvi satması yalnız ABŞ iqtisadiyyatını deyil, zəncirvari reaksiya ilə bütün dünyanı dərin böhrana sürəklədi. Minlərlə bankın müflisləşməsi, fabriklərin bağlanması, işsizliyin rekord həddə (25%-dən yuxarı) çatması və beynəlxalq ticarətin çökməsi illərlə davam edən yoxsulluq dalğası yaratdı.
Şimali Amerika və Avropada cəmiyyətin sosial dayaqlarını sarsıdan bu qlobal maliyyə böhranı, eyni zamanda siyasi xaosun dərinləşməsinə, Avropada faşizm və nazizm kimi radikal rejim-lərin hakimiyyətə gəlməsinə və nəticədə İkinci Dünya müharibəsinin alovlanmasına zəmin yaradan ən mühüm amillərdən biri oldu.
