Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bir şəhər bir fahişənin sözü ilə yandırıldı

21 Oktyabr 2026, 09:30 Dünya
728×90

E.ə. 330-cu ildə Əhəməni imperiyasını süquta uğratdan Makedoniyalı İsgəndər, möhtəşəm Əhəməni sarayında zəfər bayramı təşkil edir. Əhəməni imperiyasının göz muncuğu hesab olunan Persepolis şəhəri, bütün ehtişamı ilə İsgəndərin ayaqları altında idi.

Böyük tarixçilər Plutarx və Diodorun qeydlərinə əsasən, İsgəndərin zəfər və içki sərxoşluğundan istifadə edən, Afinadan gətirdiyi Tais adlı həyat qadınının təhriki ilə (bu, iki ehtimaldan biridir) zəngin mədəniyyətə malik Persepolis oda verilir.

İkinci ehtimala görə, e.ə. 480-ci ildə fars imperatoru I Kserksin Yunanıstana yürüşü ərəfəsində Afina Akropolunu yandırmasına qisas olaraq belə bir addım atıldı. Hadisə ətrafında formalaşan digər fikirlər isə İsgəndərin addımının siyasi xarakter daşıdığını və düşünülmüş şəkildə verilmiş bir qərar olduğunu müdafiə edir.

Hansı səbəblə edilməsindən asılı olmayaraq, şəhərin oda verilməsi minlərlə dinc insanın həyatına son qoydu. Əvəzsiz incəsənət nümunələri məhv oldu. Zərdüştlüyün müqəddəs kitabı hesab olunan “Avesta” yandı.

Mənbələr İsgəndərin verdiyi qərardan sonradan peşman olduğunu yazır; lakin onun yanğını söndürmək əmri faciəni dayandırmaq üçün artıq çox gec idi.

Nəticədə böyük bir mədəniyyət bir qadının və ya şəxsi ambisiyaların qurbanı oldu.

İnsan nəhəng orduları yenməklə qəhrəman olur, nəfsini yenməklə isə ali varlığa dönür. Məhz bu baxımdan dinimiz, “Ən böyük cihad, nəfsinlə cihaddır”, – söyləmişdir. İsgəndər isə nəfsinə yenildi.

Tərifə Şükürqızı

 

728×90
Paylaş: