Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

17 Avqust 2026, 10:40 Cəmiyyət
728×90

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən   verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.

728×90
Paylaş: