Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycanın daxili işlərinə müdaxilə

15 Sentyabr 2026, 23:48 Cəmiyyət
728×90

Azərbaycanın daxili işlərinə müdaxilə.

 

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir. Hər bir ölkə öz ərazisində təhlükəsizlik, quruculuq və inkişafla bağlı qərarları müstəqil şəkildə qəbul etmək hüququna malikdir. Bu baxımdan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi işlər də ölkənin daxili məsələsidir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyətlə yerində tanış olmaq baxımından əhəmiyyətlidir. Diplomatların ərazilərə səfər etməsi, müxtəlif obyektlərə və tarixi məkanlara baş çəkməsi Azərbaycan tərəfindən bölgədə görülən işlərin nümayiş etdirilməsinə imkan yaradır. Lakin bu səfərə erməni revanşist qüvvələrinin mənfi reaksiyası diqqət çəkir. Müxtəlif bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi tədbirlərin tənqid olunması və diplomatik səfərə qarşı çıxılması qəbuledilməz yanaşma kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan öz ərazisində hansı işlərin görülməsi və hansı tədbirlərin keçirilməsi ilə bağlı qərar vermək hüququna malikdir.

Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Şəhər və kəndlər yenidən qurulur, yollar və digər infrastruktur obyektləri yaradılır, insanların öz doğma yurdlarına qayıdışı üçün şərait hazırlanır. Bu proses Azərbaycanın sosial-iqtisadi inkişaf proqramlarının tərkib hissəsidir. Azərbaycanın daxili işlərinə kənardan müdaxilə cəhdləri regionda sülh və sabitliyə də mənfi təsir göstərə bilər. Xüsusilə revanşist çağırışların səsləndirilməsi yeni qarşıdurma meyllərinin yaranmasına səbəb ola bilər. Buna görə də regionda münasibətlərin normallaşması üçün qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə ehtiram əsas götürülməlidir.

Diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın bölgədəki real vəziyyəti beynəlxalq ictimaiyyətə göstərməsi baxımından da əhəmiyyətlidir. Xarici diplomatların gördükləri faktlar əsasında obyektiv fikir formalaşdırması vacibdir.

Azərbaycan öz ərazisində sülh, təhlükəsizlik və inkişaf siyasətini davam etdirir. Bu prosesə kənardan təzyiq göstərmək və ölkənin daxili qərarlarına müdaxilə etmək əvəzinə, regionda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına dəstək verilməsi daha düzgün yanaşmadır.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

728×90
Paylaş: