Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Artıq gənclər övladları ilə deyil, heyvanları ilə “xoşbəxtdirlər”.

08 İyul 2026, 13:32 Gündəm
REKLAM728×90

Öncələri tez-tez Bakının sakit, mədəni, bəzən isti, bəzən soyuq axşamlarında, “Torqovu” adlanan Nizamı küçəsində gəzintiyə çıxardım. Gəzintidən sonra günün bütün yorğunluğunü, stresini atıdığımı hiss edirdim.  Artıq indi tam əksi, əsəblərim gərilməsin, göz zövqüm, qulaq zövqüm korlanmasın deyə, çox nadir hallarda oradan keçirəm.

Dünən axşam yolum oradan düşmüşdü. Bir qədər oturub dincəlmək, ətrafı seyr etmək istədim. Bu anda iki gənc, gözəl, geyimləri davranışları ədəb-ərkanlı iki xanım, mənimlə üzbə-üz yerləşən oturacaqda əyləşib, söhbətə başladılar.
Qadınlar kənardan sözün əsl mənasında analıq timsalı kimi fikir formalaşdırırdılar. İstəmədən eşitmək məcburiyyətində qaldığım söhbətləri isə, tam bir məyusluq oldu.

Əslində qadınların davranışları cox nəzakətli , söhbətləri etik idi. Bəs nə üçün məndə təəsüf hissi yaratdı? Adətən qadınlar həmcinsləri ilə görüşən zaman ailədən, övladlarından bəhs edər. Bizim xanımlar isə söhbətləri boyu ancaq özlərinin pişiklərin ,itlərini, qonum, qonşunun, qohumların ev heyvanlarını, onların cinslərinin, onların baxımlarını bu kimi mövzuları müzakirə edirdilər. Deyə bilərsiniz ki, qadınlar heyvanları sevirlər, burada qəribə olan nədir?

Qəribə olan odur ki, qadınlarımız ana olmaqdan qorxurlar. Bəlkə də anadırlar. Lakin bir ana öz övladının qayğılarından çox,ev heyvanı və hətta qonum-qonsunun heyvanlarını düşünürsə, övladının tərbiyəsinə, qayğısına nə zaman  və hansı enerji ilə diqqət göstərə biləcək?

Əslində bu yalnız iki qadının söhbəti deyil. Bu bütövlükdə cəmiyyətinin mövzusudur. Gəncliyi tükənməyə doğru gedən kişilər, qadınlar, ailələr övlad sahibi olub, məsuliyyət altına girmək istəmirlər. Çoxunun düşüncəsində uşaq böyük problemdir. Ev heyvanı heç bir məsuliyyət tələb etmir. Yorğun iş günündən sonra əylənmək istədikdə uşaq yerinə, ev heyvanını sevir.

Diqqət etdikdə onları qınamaq da olmur. Günümüzdə insanların bir-birinə qarşı güvən, sevgi, hörmət hissi tamamilə “arxivə verilib”. Məhz bu səbəblə cütlüklər, gənc qızlar və oğlanlar sadəcə günlük həyatlarını yaşayırlar və gələcəklərinə dair plan qurmurlar. Neçə deyərlər, “gün, bu gündür” fəlsəfəsi ilə yaşayırlar. Qurulan ailələrin böyük əksəriyyəti, ötəri həvəsləri, qız və ya oğlan üçün yayılan dedi-qoduları bağlamağa, ya da ailələrin maddi maraqlarına xidmət edir.
Belə şərtlər altında dünyaya uşaq gətirmək yerinə ev heyvanı ilə gəncliyini yaşamaq, onlar üçün daha məntiqli və məsuliyyətsiz, əziyyətsiz seçimdir.

Unudulan bir həqiqət var ki, gənclik həvəsi bitdikdən sonra, geriyə əldən tutan, ən pis halda belə, qanunlarla valideyininə baxmağa məcbur edilən bir övlad olmayacaq. Boşuna keçən ömrün acı ahından və peşmanlığndan başqa…

Tərifə Şükürqızı

REKLAM728×90
Paylaş: