Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib

26 Avqust 2026, 13:08 Cəmiyyət
728×90

Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin miqyasını təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət dayanır.

Mehriban Əliyeva Azərbaycan tarixinə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların, şəhid övladlarının yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib.

Amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

Əyyubov Eldar Vaqif oğlu

Şəhid övladı

728×90
Paylaş: