Paytaxtda ilk dəfə quraşdırılacaq avtobus svetoforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

Faktum.az  xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bu fotoməlumat vasitəsilə avtobus sürücüləri yeni svetoforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.