Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri

23 Noyabr 2026, 12:16 Cəmiyyət
728×90

Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını bira an belə itirmədi. 2020-ci ilin payızında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 günlük müharibədə qazanılan tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. 3 gün sonra – 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaltdı.  Prezident cənab  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi.  Bu sənəd işğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər baş planı kimi xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial obyektlərin, müasir infrastrukturun qurulması nəzərdə tutulub.Ağdamın kəndlərində də quruculuq işləri aparılır.  Təsadüfi deyil ki, 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentləri Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar. Ağdamın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur. Bu baxımdan Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir.Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, yerli istehsalı genişləndirmək, sahibkarlığı dəstəkləmək və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkıdır.  Ağdamın dirçəlişində nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi və yeni nəqliyyat qovşaqlarının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Həmçinin 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı keçirildi.  Ağdamın tarixi-memarlıq irsinin qorunması istiqamətində də mühüm işlər görülür. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, Pənahəli xanın İmarət kompleksinin bərpası, Şahbulaq qalasının qorunması və digər layihələr şəhərin tarixi simasının yenidən canlandırılmasına xidmət edir.

Zərdab rayonu üzrə təhsil sektorunun müdiri – Gülağa İsgəndərov.

 

728×90
Paylaş: