Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qadınlar güclü olmaq istəməz, buna məcbur buraxılar

23 Noyabr 2026, 10:00 Gündəm
728×90

Son illər kişi cinsinin nümayəndələri qadınların hər sahədə səlahiyyəti ələ almalarından şikayət edirlər. Əslində dediklərində həqiqət payı çoxdur. Elə isə, gəlin bunun səbəbinə birlikdə diqqət edək.

Qadın yalnız qadın deyil. O, anadır, həyat yoldaşıdır, bacıdır, qız övladıdır, xaladır, bibidir və s. Kapitalizm sisteminin amansız qanunları bir çox kişinin maddi təminat öhdəliyinə kölgə salıb ki, bu həqiqəti danmaq olmaz. Ailədə maddi öhdəlikləri yerinə gətirməkdə yetərsiz olduğunu düşünən bir çox kişi öz-özlüyündə psixoloji sarsıntı, mənəvi iztirab yaşayır. Bunun nəticəsində digər vəzifələrini unudur. Ata, ər, oğul, qardaş kimi öhdəlik daşıdığını unudan kişi artıq üzərində olan məsuliyyət yükünün fərqinə varmır. Öhdəliklərinə biganələşən kişi vəzifəsini arxa plana atır. Tək düşüncəsi ailənin maddi ehtiyacını təmin etməkdir. Unutduğu ata yükünü qadın, oğul yükünü bacı çiyinlərinə götürməyə məcbur qalır.

Ailə təsərrüfatının idarəçiliyi qadının üzərində qalır. Uşaqların tərbiyəsi, ehtiyacları, təhsili, sağlıq problemləri yalnız ananın məsuliyyəti olaraq görülür. Ata-ana qayğısı sanki gərəksiz iş hesab olunur və ya digər bacı-qardaşlara buraxılır. Həyatının hər bir rolunu təkbaşına yüklənmiş qadının güclü olmaqdan başqa çıxış yolu qalmır. Övladlarının, ata-anasının, bəzən həyat yoldaşının valideynlərinin qayğısı qadını cəmiyyətdə fərqli mövqeyə daşıyır. Nəticədə “güclü qadın olmaq hünər deyil” deyə əks cinsin tənələrinə tuş gəlir.

Gəlin diqqət edək. Yaxın keçmişə qədər “güclü qadın” anlayışı yox idi. Onun yerinə “zərif qadın” anlayışı var idi. Elə isə, zərif qadını güclü qadına çevirən qadının özü öldü, ya buna məcbur buraxıldı? Bu sual haqqında düşünməyə dəyər.

Tərifə Şükürqızı

728×90
Paylaş: