Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qəssabın bağbanlıq etməsi icbari idi

02 Noyabr 2026, 10:30 Dünya
728×90

Osmanlı dövrünün bir sıra qaranlıq yönləri olduğu kimi, örnək alınası qanunları öyülməyə layiqdir.
O dövr  peşəsi qəssab olan kimsənin  ikinci bir peşəsi bağbanlıq idi.
Bağbanlıq təsadüfi düşünülmüş peşə deyildi.
Həyatını canlı öldürməyə, qan tökməyə həsr edən bir insanın qəlbi  zamanla qatılaşır. Ruhunu qəddarlıq alır. Mərhəmət hissi məhv olur. Bu hal davam etdikcə  insan qəddar cinayətkara dönə bilər.
İnsanın ruhunun aydınlanması, psixologiyasının yenilənməsi məqsədilə  qəssablar 6 ay  bağ salmaq, ağac, çiçək yetişdirmək kimi  zərif peşə ilə məşğul olmalı idi. Qanun bunu tələb edirdi.
Günlük  qan qorxusu ilə dolmus beyin  çiçək, torpaq ətri ilə  aromaterapiya olunurdu.
Doğurdan da  olduqca məntiqli qanun olduğunu söyləsək  yanılmarıq.
Çox təəsüf ki, günümüzdə buna bənzər  icbari mükəlləfiyyət yoxdur.


Tərifə Şükürqızı

728×90
Paylaş: