Haqqımızda Reklam Əlaqə
160×600
160×600

ƏMƏK MÜQAVİLƏSİ OLMADAN İŞÇİ İŞLƏTMƏYİN CƏZASI NƏDİR?

02 Noyabr 2026, 09:45 Özəl
728×90

İşçini əmək müqaviləsi olmadan işlədən işəgötürən 25 min manatadək cərimələnə, hətta cinayət məsuliyyətinə cəlb oluna bilər.

“İşə başla, müqaviləni sonra bağlayarıq” – bəzən işə qəbul zamanı deyilən bu sözlər işəgötürən üçün ciddi hüquqi nəticələr yarada bilər.

Azərbaycan qanunvericiliyinə əsasən, əmək münasibətləri, qanunla müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra başlanmalıdır.

İşəgötürəni hansı cərimələr gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən:

– Fiziki şəxslər – 1 000–2 000 manat;
– Vəzifəli şəxslər – 3 000–5 000 manat;
– Hüquqi şəxslər – 20 000–25 000 manat məbləğində cərimə edilir.

Bundan əlavə, Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulan hallarda hər bir müqaviləsiz işçi üzrə 2 000, təkrar pozuntularda isə 4 000 və 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Həbs cəzası da mümkündürmü?

Bəli. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 və daha çox işçinin işlədilməsi cinayət məsuliyyəti yaradır.

Bu əmələ görə 7 000–10 000 manat cərimə və ya qanunda nəzərdə tutulmuş digər cəzalar, o cümlədən 2 ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər.

Cinayət təkrar törədildikdə isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bəs işçi nə itirir?

Müqaviləsiz işləmək yalnız işəgötürən üçün risk deyil. İşçi də əməkhaqqının ödənilməsini sübut etməkdə, məzuniyyət, sosial sığorta və gələcək pensiya hüquqlarından istifadə etməkdə ciddi çətinliklərlə qarşılaşa bilər.

Unutmayın: Əmək müqaviləsi sadəcə formal sənəd deyil. O, həm işçinin hüquqlarının, həm də işəgötürənin qanuni fəaliyyətinin əsas təminatlarından biridir.

 

Hüquqşünas | Mediator Zaur Quliyev

728×90
Paylaş: