Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Cakarta su altında

24 Oktyabr 2026, 09:30 Dünya
728×90

Dəniz səviyyəsinin qalxmasına qarşı 3 metrlik qoruyucu bənd tikilir.
İndoneziyanın paytaxtı Cakarta şəhərində dəniz suyunun səviyyəsi kəskin qalxıb. Gelgit daşqınları küçələri su altında qoyub. Yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib. Hakimiyyət orqanları təcili tədbirlər görməyə başlayıblar.

Əsasən Şimali Cakarta bölgəsində güclü gelgit dalğaları sahil zolağını aşaraq dəniz suyunun küçələrə və yaşayış binalarına dolmasına səbəb olub. Baş verən təbii fəlakət nəticəsində bir çox yollar hərəkət üçün bağlanıb, sakinlər isə çətin anlar yaşayıb.

İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika qurumu (BMKG) oktyabrın 12–16-sı tarixlərində Şimali Cakarta sahillərində yüksək gelgit qaynaqlı daşqın riskinin olacağı barədə öncədən xəbərdarlıq etdiyini bildirilib.

Qurum rəsmiləri oktyabr ayının son günlərində də yeni daşqın dalğalarının baş verə biləcəyini deyiblər. Ərazidə təhlükəsizlik önlemlərinin maksimum dərəcədə artırıldığını vurğulayıblar.

Fəlakətin qarşısını almaq üçün dövlət qurumları hərəkətə keçib. Şəhəri və yerli sakinləri qorumaq məqsədilə sahil boyu 3 metr hündürlüyündə yeni qoruyucu bəndin inşasına başlanılıb.

Mütəxəssislər bildirirlər ki, tikilən bu qoruyucu bənd gələcəkdə baş verə biləcək analoji təbii fəlakətlərin qarşısını almaqda və sahil infrastrukturlarını qorumaqda vacib rol oynayacaq.


Şəhla İlkay

728×90
Paylaş: