Yuxusuz varlıqlar: Delfinlər necə yatırlar?

Faktum.az xəbər verir ki, dəniz məməliləri olan delfinlər boğulmamaq və nəfəs almaq üçün beyninin yalnız 1 yarımkürəsini yatızdırırlar. Bioloqlar bildirirlər ki, delfinlər yatarkən bir gözü açıq qalır və beynin oyaq qalan 50%-lik hissəsi təhlükə anında dərhal reaksiya verməyə və suyun səthinə çıxıb nəfəs almağa imkan yaradır.
Bu unikal xüsusiyyət elmdə biryarımkürəli yuxu adlanır. Bu adaptasiya sayəsində delfinlər su altında daima hərəkətdə qala bilir, həm özlərini yırtıcılardan qoruyur, həm də huşsuz halda dənizin dərinliklərinə batmağın qarşısını alırlar.
