Haqqımızda Reklam Əlaqə
160×600
160×600

“OĞLUM DƏM QAZINDAN ÖLMƏYİB, QƏTLƏ YETİRİLİB!” – Baş Prokurora Açıq Müraciət

24 Sentyabr 2026, 10:00 Kriminal
728×90

Redaksiyamıza İmişli rayonu, Aranlı kənd sakini Məmiyeva Günel Hüseyn qızı tərəfindən şok iddialarla dolu video-müraciət daxil olub. Ana 2-ci Vətən Müharibəsi iştirakçısı olan oğlu Məmiyev Ramazan Rafiq oğlunun ölüm səbəbi ilə bağlı rəsmi versiyanı rədd edir və övladının qəsdən öldürüldüyünü bildirir.

Hadisə 28 yanvar 2026-cı il tarixində paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 5 ünvanında – Ramazan Məmiyevin dostunun kirayə qaldığı mənzildə baş verib. Onun hadisədən dərhal sonra onun dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi iddia edilib. Lakin redaksiyamıza müraciət edən ana – Günel Məmiyeva təkzibedilməz dəlillərə sahib olduğunu, oğlunun ölümünün dəm qazı ilə heç bir əlaqəsinin olmadığını və faktın ört-basdır edilməsinə cəhd olunduğunu iddia edir.

​Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə  AÇIQ MÜRACİƏT

​Möhtərəm cənab Baş prokuror!

Sizə redaksiyamıza pənah gətirən, Vətən müharibəsi iştirakçısının fəğan edən anası Məmiyeva Günel Hüseyn qızının səsi olaraq müraciət edirik. 28 yanvar 2026-cı il tarixində Nizami rayonu Bəhruz Nuriyev 5 ünvanında müəmmalı şəkildə dünyasını dəyişən müharibə iştirakçısı Ramazan Məmiyevin ölümü ilə bağlı gətirilən səbəbi  ana qətiyyən qəbul etmir.

İddia olunan “dəm qazı” versiyası ananın əlində olan faktlar, görüntülər və cəsəd üzərindəki şübhəli izlərlə üst-üstə düşmür. Gözüyaşlı ana övladının qəsdən öldürüldüyünə əmindir və bu cinayətin üstünün açılması üçün əlində olan bütün sübut və dəlilləri şəxsən Sizə təqdim etmək istəyir.

Cənab Baş prokuror!  Dövlətimizin müharibə iştirakçılarına, qazilərimizə və onların ailələrinə göstərdiyi diqqət və həssaslığı, eləcə də Sizin hüququn aliliyinə verdiyiniz önəmi rəhbər tutaraq redaksiya olaraq Sizdən xahiş edirik ki, müharibə iştirakçısı Ramazan Məmiyevin müəmmalı ölüm işini Baş Prokurorluğun xüsusi nəzarətinə götürəsiniz, çarəsiz qalan ananın səsinə səs verərək Məmiyeva Günel Hüseyn qızını şəxsən qəbul edəsiniz və onun əlindəki dəlillərin obyektiv araşdırılmasına göstəriş verəsiniz.

İnanırıq ki, Sizin müdaxilənizdən sonra Vətən üçün canını ortaya qoymuş bir gəncin ölümü haqqında həqiqət üzə çıxacaq və ədalət bərqərar olunacaqdır.

Hörmətlə, Redaksiya heyəti.

 

Qeyd: Məsələ üzrə istintaq davam etdiyindən Günel Məmiyevanın videomüsahibəsi redaksiyanın arxivində saxlanılır.

728×90
Paylaş: