Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Iraqi ABŞ-a təslim edən Kesnezani təriqəti

21 Sentyabr 2026, 10:30 Dünya
728×90

2003-cü ilin martında ABŞ orduları İraqı işğal edib, Səddam Hüseyni hakimiyyətdən endirdi.

Bəs nə üçün İraq ordusu ABŞ qoşunlarına qarşı çıxmadı?

Biz də, sizə ABŞ ordusunun vuruşmadan,İraqa daxil olmasından bəhs etmək istəyirik. İraqda yaradılan və başçısı Nehro Məhəmməd Əbdülkərim əl Kesnezani olan “Kesnezani” (anlamı kürtçə “kimsə bilməz“) təriqəti, dövlətin və ordunun içərisində mövqeyini möhkəmlətmisdi.    Nəinki ordudakı generallar, dövlti idarə edən yüksək vəzifəli şəxslər, hətta Səddam Hüseynin həyat yoldaşı Sacidə Xeyrulla, oğlu Uday Səddam, yaxın dostu İzzət əl Duru Kesnezani təriqətinin müridləri idilər.

Səddamın hər bir addımı, ailəsi, dostu, oğlu tərəfindən, təriqət lideri Məhəmməd Kesnezaniyə çatdırılırdı.  Lider isə, aldığı məlumatları birbaşa SİA və MOSSAD-a ötürürdü. Məhz bu səbəblə, İraqı işğal edən Amerika qürurla:- “Biz Səddamın yataq otağına qədər girdik” dedi.

Səddamın ailə üzvləri, dostu sanırdılar ki, güvəndikləri liderləri Kesnezaninin bildiyi bir hikmət var. Həqiqəti anladuqda isə, artıq çox gec idi.  Amerikanın dindən istifadə edərək ələ aldığı təriqət yalnız Kesnezani təriqəti deyildi. Daha öncələr də , hal-hazırda da bu siyasəti məharətlə yürüdür.

Acınacaqlısı odur ki, müsəlman liderlər tarixdə yaşananlardan dərs almırlar.Əslində sonu öncədən görürlər. Lakin nəfs və məqam həvəsi, öz dinini, ölkəsini, vətənini, vətəndaşını, millətini asanlıqla gözdən çıxardır.   Beləliklə, Kesnezaninin xəyanəti, bir müsəlman dövlətini ABŞ -ın boyunduruğu altına saldı.


Tərifə Şükürqızı

728×90
Paylaş: