Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qədim Roma fast-fudları

29 Oktyabr 2026, 14:00 Dünya
728×90

Antik dövrdə küçə yeməkləri necə satılırdı?

​Faktum.az xəbər verir ki, Pompey şəhərində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan qədim Roma “termopoliumları”, yəni müasir kafe və fast-fud məntəqələrinin prototipləri göstərir ki, hələ 2 000 il əvvəl antik dövr sakinləri evdə bişirmək əvəzinə küçələrdən hazır isti yeməklər alıb yeyirmişlər.

Tarixçilər qeyd edirlər ki, həmin dövrün piştaxtalarına quraşdırılmış dərin gildən olan küplərin içində mərcimək, balıq və müxtəlif ət yeməkləri xüsusi üsulla isti saxlanılır, romalılar işdən və ya teatrdan qayıdarkən tez-bazar bu ləzzətləri küçədən əldə edirdilər. Bu tip qədim ictimai iaşə obyektləri əsasən evlərində mətbəxi olmayan və ya kiçik yerlərdə yaşayan kasıb təbəqənin günlük ehtiyaclarını ödəsə də, divarlardakı rəngbərəng freskalar və qorunan menyu izləri göstərir ki, hətta varlı romalılar da zaman-zaman bu küçə yeməklərinə üstünlük verirdilər.

728×90
Paylaş: