Haqqımızda Reklam Əlaqə
160×600
160×600

​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO

29 Oktyabr 2026, 15:00 Manşet
728×90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə ekoloji mühitin yaxşılaşdırılması, meşə zolaqlarının qorunması və qanunsuz ağac kəsiminə qarşı mübarizə ilə bağlı dəfələrlə kəskin xəbərdarlıqlar etmişdir:

​Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların qanunsuz kəsilməsi (çapılması) ekoloji cinayət hesab olunur və qanunla müəyyən edilmiş qaydada ciddi cinayət məsuliyyəti yaratmaqdadır.

​Lakin təəssüf ki, dövlət başçısının qəti tapşırıqlarına və qanunun tələblərinə baxmayaraq, yerlərdə meşələrin mühafizəsinə cavabdeh olan bəzi strukturların fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar daxil olmaqdadır.

Məsələn,  ​Cəlilabad rayon sakinləri tərəfindən redaksiyamıza göndərilən müraciət və videogörüntülərdə bildirilir ki, 

– ​“Ekologiya və Təbii Sərvətlər Nazirli Cənab Rəşad İsmayılovun nəzərinə çatdırırıq ki 11 saylı Regional Meşə idarəsinin direktoru Nəsimi Nəsibovun yarıtmaz kadr dəyişiklikləri nəticəsində Cəlilabad və Göytəpə meşələrində hər gün yüzlərlə yaş ağac kəsilir. Göytəpə meşəbəyliyinin  “10 a” saylı dolayının gözətçisi Mehdi İsayev Masallı rayonu Əmirtürbə kəndində yaşayır. Yaşadığı ünvanla iş yeri arasında nə az nə çox düz 100 kilometr məsafə var. Onun hansı məntiqlə Masallının Əmirtürbə kəndindən Cəlilabad rayonunun ən ucqar dağ kəndi olan Buravar kəndinə meşə gözətçisi təyin edilməsini idarənin direktoru Nəsimi Nəsibovdan başqa heç kim bilmir. Mehdi İsayev 10 a saylı dolaya gözətçi təyin olunduğu 4 ayda bir dəfə də olsun iş yerində olmayıb və həmin meşə dolayını tanımır da. Nəticə isə çox ağır və faciəlidir. Həmin meşə dolayında hər gün yüzlərlə yaş ağac kəsilir.”

​Redaksiyadan:   ​Sakinlərin təqdim etdiyi videogörüntülərdən də göründüyü kimi, ərazidə kütləvi ağac kəsimi izləri və məhv edilmiş təbiət mənzərəsi aydın müşahid olunur. Təbiətə vurulan bu zərər təkcə ekologiyamıza deyil, həm də gələcəyimizə qarşı böyük bir təhdiddir.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti hüquq-mühafizə organları vətəndaşların bu müraciətini və təqdim olunan faktları dərhal nəzarətə götürəcək, 11 saylı Regional Meşə İdarəsində obyektiv araşdırma apararaq lazımi hüquqi tədbirlər görəcəkdir.

Qeyd:  Faktum.az  olaraq, jurnalist etikasına və “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq, müraciətdə adı çəkilən tərəflərin  də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

728×90
Paylaş: