Beynəlxalq Savadlılıq Günü

YUNESKO tərəfindən təsis edilən və hər il dünyada savadlılıq dərəcəsinin artırılması, təhsilə əlçatanlığın təmin olunması və fərdlərin sosial inkişafı məqsədilə qeyd olunan xüsusi gündür.
Faktum.az xəbər verir ki, YUNESKO-nun 1966-cı ildə elan etdiyi Beynəlxalq Savadlılıq Günü cəmiyyətlərin davamlı inkişafında və insan hüquqlarının qorunmasında təhsilin təməl rolunu xatırlatmaq məqsədi daşıyır. Müasir dövrdə savadlılıq anlayışı yalnız oxuyub-yazmaq bacarığı ilə məhdudlaşmır, həm də rəqəmsal savadlılıq, kritik düşüncə və informasiya texnologiyalarından istifadə qabiliyyətini əhatə edir. Qlobal səviyyədə həyata keçirilən maarifləndirmə tədbirləri təhsil imkanlarından məhrum olan milyonlarla insana diqqət çəkir.
