Təbiətin dahi arxitektorları – Heyvanların tikdiyi heyrətamiz qurğular

Faktum.az xəbər verir ki, təbiətdə bəzi heyvan növləri yalnız instinktləri ilə deyil, mühəndislik dəqiqliyi tələb edən möhtəşəm tikililəri ilə əsl dahi arxitektor kimi çıxış edirlər.
Bu canlıların başında gələn qunduzlar ağac gövdələri, budaqlar və palçıqdan istifadə edərək suyun axınını dəyişən, hətta kosmosdan görünə bilən nəhəng bəndlər inşa edirlər. Termitlər isə hündürlüyü bir neçə metrə çatan və daxilində mürəkkəb təbii havalandırma (kondisioner) sistemi olan yuvalar quraraq, çöldəki şiddətli istiyə baxmayaraq daxildə sabit temperaturu qoruyub saxlayırlar.
Bununla yanaşı, toxucu quşlar kimi müxtəlif quş türkləri budaqlardan, otlardan və qum zərrəciklərindən istifadə edərək küləyə və yırtıcılara qarşı davamlı mürəkkəb mühəndislik nümunəsi olan sığınacaqlar toxuyurlar. Heyvanlar aləminin bu heyrətamiz tikililəri insanlığın müasir tikinti və memarlıq texnologiyalarına da ilham verməkdə davam edir.
