Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Meşələrin əbədiyaşar bəzəyi

28 Avqust 2026, 17:00 Özəl
728×90

Şam ağaclarının biologiyası, faydaları və ekoloji əhəmiyyəti

Faktum.az xəbər verir ki, iynəyarpaqlılar fəsiləsinə aid olan şam ağacı (Pinus) yer kürəsinin en qədim və davamlı bitki növlərindən biri hesab olunur.

Dörd fəsil boyunca yaşıl qalmaq qabiliyyətinə malik olan bu ağaclar təkcə təbiətə estetik gözəllik qatmaqla kalmır, həm də mühüm ekoloji, tibbi və iqtisadi əhəmiyyətə malikdir. Sərt iqlim şəraitinə, şaxtaya və quraqlığa qarşı dözümlülüyü ilə seçilən şam ağacları torpağın eroziyadan qorunmasında və atmosferin təmizlənməsində əvəzsiz rol oynayır. Şam meşələri hava kütləsini zərərli bakteriyalardan və mikroblardan təmizləyən xüsusi maddələr -fitonsidlər buraxır, buna görə də şam meşələrində gəzmək və bu havanı udmaq tənəffüs yolu xəstəliklərindən, astma və bronxitdən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

Eyni zamanda şam ağacının qatranından, tumurcuqlarından, iynəyarpaqlarından və qozalarından təbabətdə, kosmetologiyada, xüsusilə də efir yağlarının və müalicəvi məlhəmlərin hazırlanmasında geniş istifadə olunur. Yumşaq və möhkəm oduncağı isə mebel sənayesində, tikintidə və kağız istehsalında əsas xammal növlərindən biridir. Ekoloji tarazlığın saxlanılmasında və planetimizin “ağciyərləri”nin formalaşmasında şam ağaclarının qorunması və çoxaldılması xüsusi əhəmiyyət kəsb edir.

728×90
Paylaş: