Titanik faciəsi – Qəza yoxsa qəsd?

Faktum.az xəbər verir ki, XX əsrin başlanğıcında “Titanik” kimi nəhəng bir gəminin inşa edilməsi və elə ilk səfərindəcə qəzaya uğraması bu günə kimi ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.
Məlumata görə, “Titanik” gəmisi amerikalı milyarder Con Pirpont Morqana (John Pierpont Morgan) məxsus idi. Gəminin göyərtəsində isə dövrün Amerikanın üç böyük milyarderi – Astor, Quggenhaym və Shtraus səyahət edirdi.
Digər tərəfdən isə Rotşild (Rothschild) ailəsi gələcəkdə dünya maliyyə sisteminə nəzarət etmək üçün Amerika Mərkəzi Bankını (ABŞ Federal Ehtiyat Sistemini – FED) yaratmağı planlaşdırırdı. Lakin bəhs edilən üç milyarder Rotşildlərin bu planına qəti şəkildə etiraz edirdilər.
Belə bir vəziyyətdə planları həyata keçirmək üçün bir köməkçi lazım idi və bu rol “Titanik” gəmisinin sahibi Con Pirpont Morqana həvalə olundu. Maraqlıdır ki, gəmi səfərə başlamazdan son anda Morqan müəmmalı şəkildə gəmidəki səyahətindən imtina etdi.
Nəticədə 1912-ci ildə “Titanik”in göyərtəsində olan milyarderlər Astor, Quggenhaym və Shtraus Atlantik okeanının sularında həyatlarını itirdilər. Cəmi bir il sonra, 1913-cü ildə isə Amerika Mərkəzi Bankı kuruldu və dünya maliyyə sisteminə nəzarət mexanizmi formalaşdırıldı. Təbii ki, bu layihədən Con Morqan da öz payını artıqlaması ilə əldə etdi.

Tərifə Şükürqızı
