Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Zəriflik, alilik və dövlətçilik təcrübəsini özündə birləşdirən Birinci vitse-prezident

26 Avqust 2026, 09:45 Cəmiyyət
728×90

Müasir Azərbaycanın ictimai-siyasi və mədəni həyatında özünəməxsus dəst-xətti olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlətçilik missiyasına səmimi xidmətin, yüksək humanizmin və zəngin mənəviyyatın parlaq təzahürüdür. Onun çoxşaxəli fəaliyyəti ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun yüksəldilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və cəmiyyətimizin hərtərəfli tərəqqisinə xidmət edir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilən irimiqyaslı proqramlar minlərlə insanın həyatına toxunmuş, ölkənin hər bir bölgəsində yeniləşmə və dirçəliş dalğası yaratmışdır. Xüsusilə sosial həssas qruplara, şəhid ailələrinə, qazilərə və qayğıya ehtiyacı olan təbəqələrə göstərilən həssas münasibət onun fəaliyyətinin ana xəttini təşkil edir. Bu humanist yanaşma cəmiyyətdə sosial ədalət və həmrəylik hisslərini daha da möhkəmləndirir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası, işğaldan azad edilmiş torpaqlarımızda tarixi-mədəni irsimizin dirçəldilməsi, dağıdılmış müqəddəs ocaqlarımızın və dini abidələrimizin zərgər dəqiqliyi ilə bərpa olunması Mehriban xanım Əliyevanın ali vətənpərvərlik nümunəsidir. Azərbaycan mədəniyyətinin UNESCO və ICESCO kimi mötəbər platformalarda layiqincə təbliği, Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynayan layihələrin müəllifliyi isə onun qlobal səviyyədə qəbul edilən diplomatik və mədəni uğurudur.

Ölkənin hər bir guşəsində, regional inkişaf layihələrində, sosial infrastrukturun yenilənməsində onun diqqət və qayğısı aydın görünür. Zərifliklə idarəçilik qabiliyyətini, dərin bilik və təcrübəni üstün mənəvi keyfiyyətlərlə birləşdirən Mehriban Əliyeva müasir Azərbaycan qadınının dünyadakı ən layiqli siması kimi dövlətimizə və xalqımıza xidmət etməkdə davam edir.

İlqar Mahmudov

Quba rayon İH-nin başçısı

728×90
Paylaş: