Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi

30 İyul 2026, 13:48 Siyasət
REKLAM728×90

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edib.

Faktum.az  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin İdarə Heyətinin sədri və onun müavinləri, “Regional Su Meliorasiya” QSC-nin icraçı direktoru və onun müavinləri, “İri Şəhərlərin Su Təchizatı” QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib.

REKLAM728×90
Paylaş: