Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başladı

14 Sentyabr 2026, 10:39 Ölkə
728×90

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Bu barədə  Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

728×90
Paylaş: