Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Un çuvalına görə alınırdı

21 Sentyabr 2026, 11:30 Özəl
728×90

Sənayeləşmə ilə birgə, taxılın dəyirmanda deyil, kombinatda üyüdülüb, satış mərkəzlərinə verilməsi başladı. Tonlarca hasil edilən unun, yemin yığılması üçün, çuvallar gərək idi. Amerika bu sahədə çox həssas davranırdı.

Hasil edilən unu, qablaşdırmaq üçün  keyfiyyətli pambıq çuvallardan istifadə edirdi.

İnsanlar mağazalardan un alarkən, unun keyfiyyətinə, neçənci növ un olmasına deyil, unun cuvalına diqqət edirdilər.
İstifadədən sonra cuvallar yuyulub, donlar,qız uşaqları üçün paltarlar, mətbəx üçün önlüklər, yaylıqlar tikilirdi.
Tələbatın artdığını görən istehsalçılar, cuvallar üzərindən yuyularkən rahat şəkildə silinə bilən eteqet yazdı.
Hətta cuvall xüsusi dizaynla, çiçəkli, zolaqlı və müxtəlif bəzəkli şəkildə tikilməyə başladı.
Yəni, cuvalı gözəlliyi, məhsulun satışına birbaşa təsir edirdi.
Müştəri məmnuniyyəti səbəbilə, cuvallanma unun bir parçası halına gəlmişdi.
Çox təəsüf ki, günümüzdə çuvalın keyfiyyətini bir kənara qoyub, təbii buğda unu tapmaq, mümkünsüz oldu.


Tərifə Şükürqızı

728×90
Paylaş: