Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi

05 İyul 2026, 19:01 Dünya
REKLAM728×90

İyulun 5-nə keçən gecə Ukrayna dronları Krımdakı “Qvardeyskoye” aerodromuna hücum edib. Rusiya buradan döyüş uçuşları, logistika və təyyarələrin texniki xidməti üçün istifadə edir.

Faktum.az  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat verir.

Baş Qərargah qeyd edib ki, bu aerodrom Krımda Rusiyanın əsas hərbi aerodromlarından biridir. Buradan əməliyyat-taktiki və dəniz aviasiyasının yerləşdirilməsi, döyüş uçuşlarının dəstəklənməsi, logistika və təyyarələrin texniki xidməti üçün istifadə olunur.

Hava zərbələrinin miqyası barədə məlumatlar dəqiqləşdirilir.

Bundan əlavə, Ukrayna qüvvələri Donetsk bölgəsində biri Quselnikovo yaxınlığındakı Qruzski Yalançik çayı, digəri isə Staromarievka yaxınlığındakı Kalmius çayı üzərində olan iki körpüyə zərbə endirib.

Eyni zamanda, Donetsk, Luqansk və Xerson bölgələrində Rusiyanın üç sursat anbarı vurulub.

REKLAM728×90
Paylaş: