Tərifə Şükürqızı: “Boşanmaların günahkarı gənclər deyil, ailələridir”

Təqdim etdiyiniz mətni məzmununu və sözlərini dəyişdirmədən, yalnız orfoqrafiya, punktuasiya və ümumi səliqə-sahman qaydalarına uyğun olaraq düzgün yazı formasında təqdim edirəm:
Ailə qavramı hər bir cəmiyyətdə müqəddəs hesab olunub. Hətta şüursuz canlılar arasında belə ailə cəmiyyəti mövcuddur. Xalqımıza gəlincə, o qədər zəngin ailə ənənələrimiz var ki, saymaqla bitən deyil.
Ailənin təməli iki müxtəlif ailə cəmiyyətinin ittifaqı üzərində qurulur. Hər iki ailə gələcəkdə qurulacaq ailənin təməlinin sağlam olması üçün bir-birini ciddi şəkildə araşdırardı. Hansı birinin nəinki ailəsində, nəsli-nəcabətində kimsənin naqis əməl sahibi olduğu öyrənildikdə, o evliliyə qarşı çıxardılar. Bəlkə də bu gənclərə qarşı zalımlıq kimi görünə bilər. Lakin etiraf edək ki, baba-nənələrimiz yazıb-oxuya bilməsələr də, adını bilmədikləri genetika elmini bizdən yaxşı bilirdilər.
Zamanın inkişafı, insanların düşüncə tərzinin dəyişməsi bunları cahillik, geridəqalmışlıq hesab edib bir kənara atdı. Nəticədə modern ailə cəmiyyəti meydana gəldi. Modern ailədə yalnız gənclər deyil, gənclərin valideynləri daha çox “müasir” olmağa başladı. Sanki gəncliyində valideynlərinin əngəl olduqları seçimin yanğısını övladının məsuliyyətsiz seçimi ilə söndürməyə çalışırlar.
Seçim ilə kifayətlənməyən valideynlər növbəti dəfə elçilik, nişan adətlərinə müdaxilə edirlər. Evlilikdə qız evinə aparılacaq konfet qutusundan başlayaraq çiçəyə qədər markası qız və qızın anasının sifarişi ilə alınmalıdır. Oğlan evi qız evinin qarşılama mədəniyyətindən çox, süfrəyə düzülən qab-qacağın, süfrəyə verilən şirniyyatların, çərəzlərin, konfetlərin və s. tanınan brend olmasına önəm verir.
Elçilik mübarəkbadlıqla bitdikdən sonra gəlir nişan, xına, toy, cehiz kimi “əməliyyatlar”. Oğlan evi qız evi qarşısında şərt qoyur: “Evi mən almışam, cehiz ilə doldurmaq sənin işindir”. Ən pisi də qız evinin imkanları nəzərə alınmadan qaynananın “zakazları” bitmir. Yataq mebeli filan qiymətə, qonaq mebeli filan marka, yumşaq mebel filan model, pərdələr filan brend, xalı filan yundan, filan ölçüdə və s. Gəlin də qaynanasından geri qalmayıb gələcək həyat yoldaşının büdcəsinin xeyli üzərində qızıl, bahalı şadlıq sarayı, bahalı gəlinlik, dəbdəbəli gəlin karvanı, tanınan müğənnilərlə keçirilən toy mərasimi tələb edir.
Nəticədə, iki gəncin ailə deyə qurduqları yuva ilk başdan kreditlə borc bataqlığına dönür. Gənclərin bal ayı başa çatmadan bankların kredit tələbləri başlayır. Qız atası cehiz borcunu ödəmək üçün bir neçə yerdə çalışır. Hər iki ailədə başlayan maddi sıxıntılar cehizi də, daş-qaşı da, təmtəraqlı toyu da gözdən salır. Dəyərini itirən əşyalardan sonra gənclər özləri də bir-birinin gözündə dəyərsizləşirlər. Necə deyərlər, “tövbə yoxluqdan, qovğa yoxluqdan” misalı, dava-dalaş gündəlik rutin halına gəlir.
Çünki valideynləri onlara ailəliyin daşlı-tikanlı yol ilə başladığını öyrətmək yerinə, zəhmət çəkmədən hər istəklərini qarşılarına qoymaqla başladığını öyrətdilər. Oğlanın kişi kimi zəhmət çəkib ailə dolandırması, qızın ailə gəliri ilə ev təsərrüfatını idarə etməsi bacarıqları öyrədilmədiyi üçün ən asan yol yolları ayırmaq olur. Halbuki iki tərəfin valideynləri övladlarının gələcəyini keçici təmtərağa, saxta dəbdəbəyə qurban etməsəydilər, gənclər, atalar demişkən, “öz yağlarında qovrula bilərdilər”.
Məgər o valideynlər bilmirlər ki, ailənin ilk beş ili kağız dövrüdür ki, asanlıqla məhv ola bilir?
Gəlin bundan sonra ailələri dağılan gəncləri qınamadan öncə valideynlərinin kimliyinə diqqət edək.

Tərifə Şükürqızı
