Təbiətin gücü və bəşəriyyətin hazırlığı: Riskiz bir dünya mümkündürmü?

Faktum.az xəbər verir ki, oktyabrın 13-ü bütün dünyada Təbii Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Gün (International Day for Disaster Risk Reduction) kimi qeyd olunur. İqlim dəyişikliklərinin kəskinləşdiyi, zəlzələ, sel, quraqlıq və meşə yanğınları kimi təbiət hadisələrinin tez-tez yaşandığı müasir dövrdə bu günün önəmi hər zamankından daha böyükdür.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1989-cu ildən etibarən qəbul edilən bu xüsusi gün risklərin azaldılması, təbii fəlakətlərə qarşı qabaqlayıcı hazırlıqların görülməsi və cəmiyyətdə təhlükəsizlik şüurunun artırılması məqsədini daşıyır. Mütəxəssislər xatırladırlar ki, təbii hadisələrin qarşısını almaq hər zaman mümkün olmasa da, onların fəlakətə çevrilməsinin və kütləvi itkilərə yol açmasının qarşısını almaq tamamilə insan amilindən, düzgün planlamadan və infrastrukturdandan asılıdır.
Beynəlxalq təcrübə gösterir ki, fəlakət baş verdikdən sonra dəyən zərəri aradan qaldırmaq, fəlakətdən əvvəl riskləri qiymətləndirib profilaktik tədbirlər görməkdən dəfələrlə baha başa gəlir. Erkən xəbərdarlıq sistemlərinin qurulması, davamlı və zəlzələyə dözümlü tikintilərin inşası, ətraf mühitin qorunması və əhalinin fövqəladə hallarda doğru davranış qaydaları barədə maarifləndirilməsi riskləri minimuma endirən təməl addımlardır.
Təbii Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Gün bir daha bəşəriyyətə xatırladır ki, təbiətlə mübarizə aparmaq deyil, onun qanunauyğunluqlarını nəzərə alaraq hazırlıqlı yaşamaq həyatın ən mühüm təhlükəsizlik zəmanətidir.
