Səhiyyə sistemində rəsmi susqunluq

Bir neçə ay öncə mətbuatda HTC klinikasında cərrah kimi fəaliyyət göstərən Rauf Xəlilovun cinayət xarakterli əməllərindən silsilə yazılar halında bəhs etmişdik. Hətta R.Xəlilovun tibbin dayaq sütunu, həkimin bilməsi zəruri olan müalicə işi ixtisası belə yoxdur. Qeyd etmişdik ki, o, Tibbi Universitetinin Tibbi Profilaktika (sanitar gigiyena) fakültəsindən məzun olub və Gürcüstana qayıdıb.
Bir gecə yuxusunda Bakıya gəlib, cərrah olmaq , qaz vurub, qazan doldurmağı görür. Acgöz arzularının təhriki ilə isə baslayan “qəssab” ən azı 15 il diplomsuz, sertifikatsız kəsib, doğrayıb, öldürüb, şikəst edib.
Nəhayət 2018-ci ildə hansı yollarlasa Səhiyyə Nazirliyindən “qəssablıq sertifikatı” əldə edə bilib. ( Hal-hazırda korrupsiya əlaqədar şəxslərin istintaqını aparır) Biz təkrar R.Xəlilovun “məharətlərindən” bəhs etmək istəmirik.
Bəhs etmək istədiyimiz Səhiyyə nazirliyinin, Analitik Ekspertiza Mərkəzinin R.Xəlilova olan “sevgisidir”.
R.Xəlilovun qanunsuz hərəkətləri ilə bağlı bu ilin fevral ayında Respublika Prokurorluğuna məktubla müraciət etdik.
Müraciətin araşdırılması Səhiyyə Nazirliyinə göndərildi. Səhiyyə Nazirliyi isə saxta sertifikat verməyə başı qarışdığı üçün işi,
19 mart 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin baş direktoru Murad Süleymanova göndərdi.
Məktubun sonunda hətta onu da qeyd etməyi unutmayıb, “Müraciətin baxılmasının nəticəsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və vətəndaşa məlumat verməyiniz xahiş olunur” cümləsini yazmaq zəhmətinə qatlanıblar.
Analitik Ekspertiza mərkəzi Səhiyyə Nazirliyinə cavab verib-verməyib, bunu söyləyə bilmərik. Bizə isə 5 aydır cavab vermək kimi bir məsuliyyəti olduğunu unudub.
Əslində unutmağının səbəbləri yetərincə aydındır. Düşünürük ki, mərkəz R.Xəlilovun fəaliyyətini, gördüyü yarıtmaz işlərinin, həyatdan məhrum etdiyi pasientlərinin ( üzürlü hesab edin, R. Xəlilovun təbirincə klientləri), yarımcan etdiyi xəstələrinin kifayət qədər olduğunu gözəl bilir. Bildiyi halda, susması, qarşı tərəfdə sadəcə bir fikir formalaşdırır. Neçə deyərlər ” Loxma ki, var, boğmadır”.
Mərkəzin direktoru Murad Süleymanov nəinki, O.Xəlilovu, onun kimi yüzlərcə insanı bədbəxt edən diplomsuz , tibb biliksiz qəssabları qoruyur.
Bir zamanlar ” MedAura” adı ilə fəaliyyət göstərən klinikanın baş həkimi Nigar Məhərrəmovanın komandasında tibbi bilikləri olmayan, kəsən, doğrayan tökən, şikəst edən, ana-bala Vüsalə və qızı Fidan kimilər mərkəzin qoruması altında ” Burda mənəm, Bağdadda kor xəlifə” deyərək at çapırlar.
Tərifə Şükürqızı.
