Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Yox olan dillər: Dünyada hər 2 həftədə 1 dil necə sıradan çıxır?

23 Oktyabr 2026, 16:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, YUNESKO-nun dil xəritəsi göstəricilərinə əsasən, dünyada fəaliyyətdə olan 7 000-dən çox dilin 50%-i bu əsrin sonunadək yox olmaq təhlükəsi ilə üz-üzədir. Dilçilər vurğulayırlar ki, hər 14 gündə dünyada son daşıyıcısının vəfat etməsi ilə 1 dil tamamilə tarixdən silinir.

​Bir dilin yox olması təkcə sözlərin unudulması deyil, həm də həmin xalqın əsrlər boyu formalaşan mədəniyyətinin, şifahi xalq ədəbiyyatının və dünyagörüşünün itirilməsi deməkdir. Qloballaşma və baskı dillərin dominatlığı kiçik etnik qrupların ana dillərindən uzaqlaşmasına, bu da nadir dillərin sürətlə tarixin arxivinə gömülməsinə səbəb olur.

728×90
Paylaş: