Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb
Faktum.az xarici mətbuata istinadən xəbər verir ki, 40 nəfərdən çox xəsarət alan var.
Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir.
Yaralanan 42 nəfərin hamısına tibbi yardım göstərilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.
