Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Qanlı yaş” kəlməsi, haradan qaynaqlandı?

21 Sentyabr 2026, 12:30 Cəmiyyət
728×90

Ədəbiyyatda qarşılaşdığımız “gözdən qanlı yaş tökmək” heç də mübaliğə deyil. Bu ulu əcdadlarımızdan olan çöl və ya bozqır türklərindən gələn ifadədir.

Bir türk xaqanı dünyasını dəyişdiyində yalnız göz yaşı deyil, qan da axardı. Ölüm xəbərini alan türk boyları toplanırdılar. Xaqanın nəşinə xüsusi geyim geyindirib kurqana yerləşdirirdilər.

Buna “yuğ ayini” deyilirdi. Ardından döyüşçülər xəncərləri ilə üzlərində dərin çapıqlar açırdılar ki, bu da gözdən axan yaş ilə qarışırdı. Hətta bu adət günümüzə qədər gəlməkdədir ki, yaxınını itirən qadınlar dırnaqları ilə üzlərini cırırlar. Beləliklə dilimizdə yer alan “qanlı yaş” kəlməsi məcazi anlam daşımır.

Dahi şairimiz Füzuli:  “Şəbu-hicran” qəzəlində bu ifadəni gözəl bədii boyalarla əks etdirib.
“Gülu rüxsarinə qarşı, gözümdən axar qanlı su” məhz bu fikri təsdiqləyir.
Dilimizdə anlamını bilmədiyimiz nə qədər sözlərimiz var hələ…


Tərifə Şükürqızı

728×90
Paylaş: