”Ölüm həkimi” ləğəbi verildi

Faktum.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Texas ştatında neyrocərrah kimi tanınan həkim Kristofer Duntş tibb aləmində Dr. Death (Ölüm həkimi) ləqəbi ilə anılır. 2006-cı ilə qədər oldukça hörmətli və peşəkar həkim kimi tanınan Kristofer Duntş sonradan psixotrop maddələrin təsirinə düşərək parlaq karyerasına son qoymuşdur.
O, 2011–2013-cü illər ərzində keçirdiyi 38 cərrahi əməliyyatdan 33 xəstəni iflic etmiş, 2 xəstənin isə ölümünə səbəb olmuşdur. Törətdiyi bu qədər ağır cinayətlərə baxmayaraq, çalışdığı xəstəxana öz nüfuzuna xələl gəlməsin deyə uğursuz əməliyyatları gizli saxlamış və Kristofer Duntşu başqa tibb müəssisəsinə göndərmişdir.
Nəhayət, 2017-ci ildə onun qəsdən və səriştəsizlikdən törətdiyi əməlləri məhkəmə qarşısına çıxarılmışdır. Məhkəmənin hökmü ilə Kristofer Duntş ABŞ tibb tarixində cərrahi əməliyyat zamanı etdiyi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilən ilk həkim olmuş, adı isə tarixə Ölüm həkimi kimi həkk olunmuşdur.

Müəllif: Tərifə Şükürqızı
