Müasir cəmiyyətin linç mexanizmi: Cancel Culture

Faktum.az xəbər verir ki, son illərdə sosial şəbəkələrin sürətli inkişafı ilə həyatımıza daxil olan Kənaraçıxarılma Mədəniyyəti (Cancel Culture) müasir cəmiyyətin ən çox mübahisə doğuran sosial fenomenlərindən birinə çevrilib.
İctimai xadimlərin, məşhurların və ya şirkətlərin etikadan kənar, təhqiredici və ya cəmiyyət tərəfindən qəbul edilməyən davranışlarına cavab olaraq ortaya çıxan bu mexanizm, həmin şəxslərin kütləvi şəkildə boykot olunması, nüfuzdan salınması və sosial platformalardan sıxışdırılması ilə nəticələnir.
Bir tərəfdən cəmiyyətdə hesabatlılıq və ədalət tələbi kimi qiymətləndirilən bu tendensiya, digər tərəfdən fərdlərin bağışlanma və dəyişmə haqqını əlindən alan, azad söz azadlığını məhdudlaşdıran rəqəmsal bir linç mexanizmi kimi tənqid olunur. ABŞ və Avropa ölkələrində başlayan bu dalğa, artıq qlobal miqyasda incəsənət, biznes və siyasət aləminə təsir göstərərək müasir sosial münasibətlər sistemini reallıqla üz-üzə qoyur.
