Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Milyonlarla insanın həyat xilaskarı: İnsulin hormonunun kəşfi və tibbi inqilab

27 İyul 2026, 08:00 Özəl
728×90

Faktum.az xəbər verir ki, 1921-ci ilə qədər şəkərli diabet (şəkər xəstəliyi) diaqnozu qoyulan pasiyenlər üçün bu, praktiki olaraq ölüm hökmü demək idi. Xüsusilə Tip 1 diabet xəstələri ciddi pəhrizlərə baxmayaraq bir neçə ay və ya il ərzində orqanizmin tam zəifləməsi nəticəsində həyatlarını itirirdilər. Lakin Kanadanın Toronto Universitetiində həyata keçirilən tədqiqatlar tibb tarixinin ən böyük kəşflərindən birinə imza atdı.

Cərrah Frederik Banting və gənc asistenti Çarlz Best, fizioloq Con Makleodun laboratoriyasında mədəaltı vəzin adacıq hüceyrələrindən qandakı şəkər səviyyəsini tənzimləyən hormonu təcrid etməyi bacardılar. Biokimyaçı Ceyms Kollipin köməyi ilə bu ekstrakt təmizlənərək tətbiqə hazır hala gətirildi və ona mədəaltı vəzidəki “adacıq” sözündən götürülmüş “İnsulin” adı verildi.

1922: İlk insan sınağı və möcüzəvi sağalma

1922-ci il yanvarın 11-də 14 yaşlı ölüm ayağında olan diabet xəstəsi Leonard Tompsona ilk insulin iynəsi vuruldu. İlk sınaqdan sonra qandakı şəkər kəskin düşdü və uşağın vəziyyəti sürətlə yaxşılaşmağa başladı. Bu uğur diabetlə mübarizədə dönüş nöqtəsi oldu.

1923-cü ildə Frederik Banting və Con Makleod bu kəşfə görə Nobel Təbabət Mükafatına layiq görüldülər. Banting mükafatını Best ilə, Makleod isə Kollip ilə böldü.

Banting və komandası bu kəşfdən şəxsi varlanmaq üçün istifadə etməkdən imtina etdilər. Onlar insulin patentini cəmi 1 dollara Toronto Universitetinə sataraq belə dedilər: “İnsulin mənə aid deyil, o, dünyaya aiddir.”

Bu kəşf sayəsində milyonlarla diabet xəstəsi normal və uzun ömür sürmək imkanı qazandı. Bu gün də Bantingin ad günü olan 14 Noyabr bütün dünyada Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur.

728×90
Paylaş: