Kiçik insanların böyük dünyası: Uşaq psixologiyasının 3 gizli qaydası

Uşaq psixologiyası böyük bir okeandır, amma onun ən maraqlı tərəfi uşaqların dünyanı bizdən tamamilə fərqli bir məntiqlə anlamasıdır.
Biz böyüklər tez-tez uşaqların davranışlarını öz məntiqimizlə qiymətləndiririk və buna görə də onları anlamaqda çətinlik çəkirik.
Araşdırmalara görə hər bir valideynin və böyüyün bilməli olduğu 3 maraqlı psoxoloji rellıq var:
1.Beynin “Təmir işləri”
Bəzən uşaqlar mağazada istədiyi oyuncağı aldırmaq üçün özünü yerə atıb qışqırır. Bu onun “sarsaq” və ya “tərbiyəsiz” olduğunu göstərmir.
Uşaq beyninin duyğuları idarə edən hissəsi (amigdala) artıq inkişaf edib, amma məntiq, səbir və özünüidarəyə cavabdeh olan hissəsi (prefrontal korteks) hələ tam formalaşmayıb. (Bu proses 25 yaşa qədər davam edir!).
Hisslər fırtınası başlayanda uşaq öz duyğularına qapılır və fizioloji olaraq özünü saxlaya bilmir. Ona həmin an məntiqi izahat vermək faydasızdır. Ən yaxşı reaksiya sakit qalmaq, təhlükəsizliyi təmin etmək və fırtına keçənə qədər yanında olmaqdır.
2.Yalan, yoxsa zəngin təxəyyül?
4-5 yaşlı uşaq sizə “Dünən otağıma yaşıl bir əjdaha gəlmişdi” dedikdə və ya sındırdığı fincanı “pışik elədi” söylədikdə, o, qəsdən yalan danışmır.Bu yaşda uşaqlarda real dünya ilə təxəyyül dünyası arasındakı sərhəd çox nazikdir. Psixologiyada buna eqosentrik təfəkkür də deyilir — uşaq elə zənn edir ki, onun ağlına gələn şey realdır və bunu siz də görürsünüz.
Bəs, o zaman biz necə davranmalıyıq?
Mütəxəssislır bildirir ki, belə halda uşağı “yalançı” adlandırmaq əvəzinə, onun təxəyyülünə şərik olmaq, amma eyni zamanda reallıqla əlaqəsini yumşaq şəkildə qorumaq lazımdır. Məs: “Əjdaha çox böyük idi? Yəqin çox maraqlı nağıldır. Amma gəl indi fincanı birlikdə təmizləyək.”
3.”Xeyr” dövrü və müstəqillik sınağı
Psixoloqlar bildirir ki, əgər 2-3 yaşlı uşağınız hər şeyə “Xeyr!”, “Yox!”, “Özüm edəcəyəm!” deyirsə, bu, yaxşı haldır — onun psixologiyasında kritik və çox sağlam bir mərhələ başlayıb.
Demək o, sərhədlərini kəşf etməyə başlayıb. Uşaq ilk dəfə anlamağa başlayır ki, o, anası ilə bir bütöv deyil, ayrı bir fərddir. “Xeyr” demək onun öz iradəsini sınaqdan keçirmək və fərdiliyini elan etmək üsuludur.
Tövsiyə olunur ki, İradə müharibəsinə girmək əvəzinə ona seçim haqqı verin. “Yemək yeyirsən?” soruşmaq əvəzinə, “Şorbanı qırmızı boşqabda yemək istəyirsən, yoksa göy?” deyə soruşun. Bu, ona idarəetmə hissini verərək müqavimətini azaldacaq. Uşağa kiçik yaşlarından bəzi davranışlarında həm müstəqillik vermək, həm də idarəetməni balansda saxlamaq lazımdır.
Əlbətdə, cəmiyyətdə hərtərəfli sağlam uşaq yetişdirmək valideyinin üzərinə düşən ən böyük məsuliyyətdir. Uşaqla düzgün davranmaq və səbrlə tərbiyə etmək bir az da “psixoloqluq” tələb edir.

Şəhla İlkay
