Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İslam qəbul etdi, ailəsini itirdi

24 Avqust 2026, 09:45 Dünya
728×90

Edoardo Agneli 1954-cü ildə İtaliyanın ən varlı və nüfuzlu ailələrindən hesab olunan Ciovanni Agnellinin ailəsində dünyaya gəldi.
Eduardo ailənin tək varisi idi. Atası Ciovanni Agnelli FİAT şirkətini qurdu. Zamanla Ferrari Maserati, Alfa Romeo kimi lüks avtomobil markaları Yuventus İtalya futbol klubuna sahib oldu.
Hər kəs Edirdin önündə açılan dəbdəbəli həyatın gələcək idarəçisi və tək sahibi olacağına ümid edərkən, O özünə tamamilə fərqli yol seçdi.
Sahib olduğu həyat ona rahatlıq vermirdi. “Həyatın mənası nədir” sualı ilə həyatı araşdıran Eduard, sualının cavabını
İslam dinində tapdı və Nyu-Yorkda İslamı qəbul edib, Mehdi adını götürdü.
Eduardın bu addımı ailəni dərindən sarsıtdı.
Ciovanni ailəsi qatı katolik idi. Oğullarının seçimi İtalya elitasında ciddi söz-söhbət yaratdı. Ailə Eduardın psixoloji xəstə olduğunu bildirdi. Onu psixi mualicə alması üçün xəstəxanaya yatırtmaq istədi.
Hatta Kenyaya səfəri zamanı yükünün içərisində narkotika olduğunu səbəb gətirərək, həbs olundu. Baş verənlərin qərəzli şəkildə hazırlandığı məlum olunca, azad edildi.
Nəhayət 2000-ci ildə Torinadada 80 Mert hündürlükdə olan körpünün altında cəsədi tapıldı. Öldüyü zaman avtomobilinin mühərriki işlək vəziyyətdə idi.
Ailəsi bunu intihar adlandırıb, tələm-tələsik istintaqı bağladı. Hətta ölümün səbəbini araşdırmaq məqsədilə, meyidin yarılmasına belə izin verilmədi.
Ciovanni Agnellinin qızı Katerina Agneli yəhudi ilə evlidir.
İslam dinini qəbul etmiş Eduardın müəmmalı ölümündən sonra, ailənin mirası Karerina və yəhudi ərinə dövr edildi. Bütün bu yaşananlardan sonra sonra
Ağıllarda bir sual yarandı.
İslamı qəbul etmiş Eduard əcəli ilə öldü, ya öldürüldü?


Tərifə Şükürqızı

728×90
Paylaş: