Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İnsanlıqdan utandıran tarix

08 Oktyabr 2026, 11:30 Dünya
728×90

İnsan övladı şüurlu olması səbəbilə özünü ali varlıq hesab edir. Nələrsə yaratmağı, nələrisə kəşf etməyi onu digər canlılardan ayırıb.

Mövzuya başlamazdan öncə bir anlıq düşünmək məcburiyyətində qaldım: İnsanın şüuru olmasaydı, bəlkə dünya daha gözəl olardı?

Belə bir qənaətə gəlməyimizə səbəb, çox uzaq tarix olmayan dövrdə Avropanın Afrika və Amerika qitələrində insanlığa “qazandırdığı” utancdır.

Avropanın müstəmləkəsi halına gəlmiş ölkələrin insanları yalnız dövlət müstəqilliklərini itirmədilər, əhalisi insan olmaqdan məhrum edildi. XVIII əsrdə milyonlarla insan yaşından asılı olmayaraq kölə edildi, qitələrarası satıldı. Milyonlarla ailə dağıldı, anaları övladlarından ayırdılar.

Bununla yetməyən müstəmləkəçi quldarlar kölələrin yalnız əl və ayaqlarına deyil, sözün həqiqi mənasında başlarına və dillərinə də qandal vururdular.

Günümüzdə itlərin ağzına vurulan tor şəkildə ağır dəmirdən hazırlanan maskalar kölələrin başına taxılırdı. Zahirən toplanan məhsulu yemələrinin qarşısını almaq kimi görünsə də, əsas məqsəd danışmalarının qarşısını almaq üçün düşünülmüşdü. Kölələrin ağzının içərisinə salınan kənarları çıxıntılı dəmir danışmağı işgəncəyə çevirirdi. Danışdıqca dili kəsən çıxıntılar insanlara ünsiyyət məhdudiyyəti yaradırdı.

Ünsiyyət olmadan isə birlik yaratmaq mümkün deyildi.

https://www.instagram.com/reels/Dd_4bPDgsO7/

Tarix dərsliklərində insanların 5 ictimai-iqtisadi formatsiyadan keçdikləri yazılır. Lakin orta əsrlərdən lap elə bu günümüzə qədər dünya hələ də quldarlıq quruluşunda yaşayır. Sadəcə, adını kapitalizm deyə bəzəkli göstərməyə çalışırlar.

Əminik ki, fikrimizlə razılaşmayan çox olacaq. Etiraz etmədən öncə sadəcə dünyaya bir nəzər salın.

Qədim və orta əsrlərdə qul bazarları açıq şəkildə fəaliyyət göstərirdi. Müasir dünyada isə bağlı qapılar arxasında istismar olunan orqan kölələri, cinsi istismar kölələri daha qorxuncdur. Sadəcə, fiziki olaraq dillərində, əllərində qandal yoxdur.


Tərifə Şükürqızı

728×90
Paylaş: