”İnsan haqları” deyən İngiltərədə qadın bazarları

Bazar dediyimiz zaman, təbii olaraq, ağlımıza alış-veriş gəlir.
Bazarlarda, yalnız “nə” deyil, “kim” satıldığını, tarix kitablarından oxuduq. Qul bazarları, gəlin bazarları (hələ də mövcuddur), sənətkar bazarları və.s
Rəsmi qadınını bazara çıxarmaq, 18-19,-cu əsrlərdə, İngiltərədə adi hal olaraq, qəbul olunurdu. Dövrün qanunlarına görə, pulu olmayan kasıb təbəqə, boşana bilmirdi. Artıq qadını ilə birlikdə yaşamaq istəməyən kişi, tam bir heyvan kimi, qadının boynuna, belinə ip bağlayıb, meydana çıxarırdı. Ətraf toplanır, qadın, hərraca çıxarılırdı. Tam bir əşya kimi, qadının özəllikləri sayılırdı.
Ən alçaldıcı hallar ondan ibarət idi ki, “nə olur olsun”deyib, qadını bir bakal pivəyə, ya bir itə belə dəyişdirdilər. Yaşanmış vəhşətin üzərindən, cəmi bir əsr ötüb. Bu gün yüksək kürsülərdən dünyaya “İnsan haqları”, “ədalət”, “bərabərlik” deyən İngiltərənin özünün haqq-ədalətdən anlayışı yoxdur.
İnsani hüquqlara hörməti unudan İngiltərə, mənəviyyatını bazarlarda qadınlarını satdıqları zaman hərraca qoydu.
Siz bütün bunlardan sonra yenə də, Avropa mədəniyyəti, “ingilis aristokratizmi” olduğuna inanırsınız?

Tərifə Şükürqızı
