İMİŞLİLƏRİ ÇOX SEVİRƏM

Ana nəslim İmişli rayonunun Əliqulular kəndinin Murtulu camaatından olduğundanmı, nədənmi Mil- Muğan qovşağının bu gözəl diyarına yolum düşəndə sevincimin həddi- hüdudu olmur. İki gündü anamla İmişlidəyik. Arazla- Kür caylarını köksündə sehrləyən doğma İmişlimizin insanlarından, onların qonaqpərvərliyindən doymaq olmur.
Şəhərin mərkəzində Heydər Əliyev parkında, Vətən müharibəsi şəhidlərinin park- abidə kompleksində, Asan Park və Harmoniya Ailəvi İstirahət məkanlarında olduq. Bizi müşahidə edən ana yurdumun vətənpərvət oğlu, yaxın qohumum, Əməkdar müəllim Səxavət Tağlarla Əliqulular kəndinə getdik.Maraqlı və şirin söhbətlərimiz oldu.
İmişidən olan dostum, şair Sərvaz Hüseynoğlunu aradım. Şəhərdə olduğunu bildirdi.
Azərbaycanın ən abad və gözəl rayonlarından olan İmişlinin mərkəzindəki səliqə -səhman, abadlıq və quruculuq işlərindən çox məmnun oldum. Əməyi keçən hər bir kəsə, rayon rəhbərliyinə təşəkkür edib, demək istəyirəm: Əziz İmişlilər Sizi çox istəyirəm.
SİRAC ELDARLI,
Bakı şəhər sakini

