I dərəcə əlilə qulluq edən şəxslərin sosial hüquqları və iş stajı

Faktum.az xəbər verir ki, cəmiyyətdə xüsusi diqqət və qayğıya ehtiyacı olan I dərəcə əlilliyi olan şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara baxım həyata keçirən ailə üzvlərinin və baxıcıların sosial müdafiəsi dövlətin sosial siyasətinin vacib istiqamətlərindən biridir. Günün böyük hissəsini xüsusi qulluqqla keçirən bu şəxslərin rəsmi əmək bazarında tamgünlük fəaliyyət göstərmək imkanları məhdud olduğundan, qanunvericilik tərəfindən onlar üçün xüsusi sosial dəstək və güzəşt mexanizmləri nəzərdə tutulmuşdur.
Sosial təminat mütəxəssislərinin 2026-cı ildə verdiyi təhlillərə görə, I dərəcə əlilliyi olan şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə aylıq Prezident təqaüdü və müvafiq sosial ödənişlər təyin edilir. Lakin bu dəstək yalnız maddi yardımla məhdudlaşmır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən, I dərəcə əlilliyi olan şəxsə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa qulluq edilən müddət (müvafiq qaydada təsdiqləndikdə) qulluq edən şəxsin ümumi əmək stajına daxil edilir. Bu qayda baxıcı şəxslərin gələcəkdə pensiya yaşına çatdıqda sığorta stajı problemi ilə üzləşməməsinə və pensiya hüququ əldə etməsinə teminat yaradır. Hüquqşünaslar vurğulayırlar ki, bu güzəştdən yararlanmaq üçün qulluq faktının sosial müdafiə orqanlarında rəsmi qeydiyyata alınması və müvafiq təsdiqedici sənədlərin təqdim olunması mütləqdir.
