Dahi sənətkarların psixi xəstəlikləri — Yaradıcılıq və dəlilik arasındakı incə xətt

Faktum.az xəbər verir ki, sənət tarixi boyunca şah əsərlər yaratmış bir çox dahi rəssamın, yazıçının və bəstəkarın yaradıcılıq uğurlarının arxasında əslində çox ağır psixoloji dramlar, nevroloji pozuntular və daxili xaos dayanıb. Uzun illərdir elm dünyasını düşündürən “dəlilik və dahilik” əlaqəsi müasir psixiatriyada təxəyyülün sərhədsizliyi ilə beynin neyron strukturlarındakı qeyri-adiliklərin kəsişmə nöqtəsi kimi izah olunur.

Məsələn, sənət tarixinin ən parlaq simalarından olan Vinsent Van Qoqun epileptik tutmalar, dərin depressiya və bipolyar pozuntudan əziyyət çəkdiyi, məhz bu daxili təlatümlərin təsiri ilə öz qulağını kəsdiyi və ən məşhur “Ulduzlu Gecə” tablosunu psixiatriya xəstəxanasında müalicə alarkən çəkdiyi məlumdur.

Sürrealizmin atası Salvador Dali isə hər nə qədər özü haqqında “Dali ilə dəli arasındakı yeganə fərq mənim dəli olmamağımdır” desə də, mütəxəxissslər onun kəskin narsisizm, paranoik şizofreniya əlamətləri və sayıqlamalardan (illyuziyalardan) qidalandığını, reallıq hissinin itməsini öz xeyrinə istifadə edərək ərimiş saatlar kimi qeyri-adi şah əsərlər yaratdığını vurğulayırlar.

Faktum.az xəbər verir ki, təkcə rəssamlar deyil, Edvard Munkun “Qışqırıq” tablosundakı o dəhşətli ifadəni özünün yaşadığı kəskin panik atak və şizofreniya qorxusundan ilhamlanaraq kətana köçürməsi,

məşhur bəstəkar Robert Şumanın ağır eşitmə halüsinasiyaları və depressiya səbəbindən özünü çaya atması da yaradıcılıqla psixi xəstəliklərin nə qədər yaxın olduğunu göstərir. Neyrobioloqlar sübut edir ki, psixi pozuntuları olan insanların beynindəki “filtr” sistemi zəif işlədiyi üçün onlar normal insanların görə bilmədiyi vizual detalları, rəng tonlarını və emosional dərinlikləri hiss edir, normal cəmiyyətin “dəlilik” adlandırdığı bu vəziyyəti kətana, musiqiyə və ya sətirlərə köçürərək bəşəriyyətin ən dahi sənət incilərinə çevirirlər.
