Çin vazasını dəyərli edən nədir?

Çin xalqı çox qədim xalqlardandır. Qədimliyi ilə yanaşı böyük mədəniyyətdə sahibdirlər.
Qədim Çində dulusçuluq sənəti o qədər böyük şöhrət qazanmışdı ki, Çinə səfər edən tacirlər o qabları alıb, öz ölkələrində baha qiymətə satırdılar.
Günümüzdə isə artıq Çin vazası antik əsər olaraq hərraclarda əlçatmaz qiymətlərlə təklif olunur. Gəlin görək bunun özəlliyi nədir ki, hər dövdə dəyəri bu qədər bahalı olub?
Mənbələrdə qeyd olunanlara əsasən qədim Çin ailəsində dünyaya gələn hər oğlan övladı üçün şinlər və rituallarla xüsusi palçıq yoğrulurdu. Yoğrulan palçıq xəzinə kimi torpağa basdırılırdı. Həmin uşaq böyüyüb nəinki ata, hətta Baba olduqdan sonra, onun üçün yoğrulmuş torpağı basdırıldığı yerdən çıxarırdı. Yalnız o halda torpaq istifadə üçün hazır hala gəlmiş olurdu
İlk olaraq oxuduqda ki, Çin vazası 100 ilə başa gəlir, təəccüblənmişdim. Demək ki, xammalın hazır olması üçün bu qədər böyük zaman tələb olunurmuş.
Hazırlanmış qablar, vazalar olduqca həssaslıqla rənglənirdi. Rəngləmə sıradan biri tərəfindən deyil, dövrün sayılan rəssamları tərəfindən aparılırdı. Əsasən rəngləmə dövründə qədim Çin mifologiyasında yer alan obrazlara xüsusi diqqət yetirilirdi. Rənglər tamamilə təbii daşlardan, bitkilərdən, ağaclardan alınırdı. Hazırlanan vazalar hazırlayan ustalardan çox, ailənin möhürü əks olunurdu.
Təbii ki, torpaq doğurmaq hər ailənin imkanları daxilində deyildi. Bu varlı ailələrin status göstəricisi hesab edilirdi.
Günümüzdə də dünyada yalnız xüsusi statuslu, imkanlı insanlar Çinin qədim antik vazalarına sahib ola bilir.
Bu gün hər hansı muzeydə, imkanlı ailələrdə belə bir əsərlə qarşılaşsanız, min illərin ruhunu duymuş olacaqsınız.
Tərifə Şükürqızı
